Dünya
Kreml Ukraynanı hədələdi: Əgər NATO-ya daxil olsanız…
Rusiya Ukraynanın NATO-ya daxil olmaq istəyinə qarşı təhdidlərini davam etdirir.
Jamaz.info xəbər verir ki, Kreml yenidən Ukraynanın ünvanına, NATO-ya qəbulunun Rusiya üçün təhlükə yaradacağı bəhanəsilə təhdid yağdırıb.
“Ukraynanın NATO-ya daxil olması Avropanın təhlükəsizlik arxitekturası üçün mənfi nəticələrə səbəb olacaq. Ukrayna NATO-nun üzvü kimi Rusiya üçün təhlükəyə çevriləcək və bu, qəti cavab tələb edəcək”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.