Dünya

Ukrayna üçün NATO-nun qapısı açıldı

Kiyev Ukraynanın NATO-ya daxil olması prosedurunun asanlaşdırılmasına məmnundur.

Jamaz.info xəbər verir ki, NATO-nun Qərb hərbi-siyasi blokuna üzv ölkələrin nümayəndələri Üzvlük Fəaliyyət Planınını (MAP) ləğv etmək qərarına gəliblər. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində məlumat paylaşıb.

“Mən NATO-ya gedən yolumuzu qısaldan bu çoxdan gözlənilən qərarı alqışlayıram. Bu həm də Kiyevin bloka üzv olmağa dəvət məsələsinə aydınlıq gətirmək üçün ən münasib məqamdır”, – Kuleba yazıb.

Qeyd edək ki, bundan əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanın alyansa “hissə-hissə” daxil ola biləcəyini istisna etməyib. O düşünür ki, məsələn, ilk olaraq Qərbi Ukrayna bloka daxil ola bilər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button