Cəmiyyət

Prezident Penitensiar Xidmətin rəisini işdən azad etdi – Yeni təyinat

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.

Jamaz.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ceyhun Həsənov 2016-cı il tarixdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdu.

Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, Mirsaleh Seyidov yeni təyinatadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button