Dünya

İran tarixinində ilk: İslahatçılar seçkilərə qadın liderlə qatılacaqlar

İranda qarşıdan gələn parlament seçkilərində maraqlı hadisələr yaşanır. JAMAZ.İNFO xəbər verir ki, bu ölkənin sabiq prezidenti Məhəmməd Xatəminin başçılıq elədiyi İslahat Cəbhəsi adlı koalisiya seçkilərə yeni liderlə getmək barədə qərar qəbul ediblər.

Bildərk ki, dünən İslahat Cəbhəsinin qurultayı keçirilib. Həmin yığıncaqda İran tarixində ilk yaşanıb. Belə ki, sözügedən koalisiyaya qadın rəhbərlik edəcək.

1988-ci ildə milli təhlükəsizliyə zidd hərəkət etdiyi” üçün ləğv edilən İttehad Mellat Partiyasının baş katibi olan və bu maddə ilə 3 il həbs həyatı yaşayan Azər Mənsuri koalisiyanın lideri seçilib. Radikal islahat tərəfdarı olan Mənsurinin rəqibi isə islahatçıların mötədil qanadının rəhbəri Şahindoxt Mövlaverdi olub. Qadın liderin yarışmasından qalib ayrılan Mənsuri ölkədə qadınların daha çox üstünlük əldə etməsi, onların parlamentdə və dövlət idarəçiliyində daha yayğın şəkildə iştirak etməsinin tərəfdarıdır. Azər Mənsuri hesab edir ki, ölkədə cəmiyyət yönümlü olanlar, suverenlik yönümlülükdən üstün olmalıdır. Eyni zamanda, islahatçılar ölkədə baş verən son aksiyalara dəstək üçün qadınları parlamentə seçməsinə tərəfdardır.

Yerli ekspertlər hesab edirlər ki, Xatəminin Mövlaverdini dəstəkləməsinə rəğmən, Mənsurinin İslahat Cəbhəsinə lider seçilməsi parlament seçkilərinin daha maraqlı olacağından xəbər verir. Onlar qeyd edirlər ki, koalisiyanın başlıca hədəfi son aksiyalarda mövqeləri güclənən və inqilabi prosesdə qadınların avanqard rolunun daha da güclənməsinə nail olmaqdır. Həmçinin bu seçim molla rejimindən narazı olan qadınların onları müdafiə etməsi ilə nəticələnəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button