Siyasət

“Tehran buna görə Bakı ilə münasibətləri yaxşılaşdırmağa məcburdur” – İranlı erməni ekspert

“Ermənistan hakimiyyətinin Azərbaycanla danışıqlarda güzəştə getməsi və Qərbdə müttəfiq axtarışı Tehranı Bakı ilə münasibətləri yaxşılaşdırmağa vadar edir”.
Jamaz.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu fikri erməni əsilli iranlı ekspert Harut Artin Arakelyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.
Ekspert hesab edir ki, İranın Ermənistanla Azərbaycan arasında danışıqlarda ciddi rol oynamaması Ermənistan hakimiyyətinin siyasətinin nəticəsidir.
“Onlar İrana danışıqlar prosesinə girmək üçün yaşıl işıq yandırmırlar. Biz (ermənilər-red) İranın rəqiblərini, digər qütblərini gətiririk, onların məqsədi Tehran və Moskvanın regiondakı rolunu neytrallaşdırmaqdır. İran da bütün bunları izləyir”, deyə Arakelyan bildirib.
Şərqşünasın fikrincə, hazırda Ermənistan və İranın maraqları tamamilə üst-üstə düşür. Əgər Ermənistan rəhbərliyi ölkənin təhlükəsizliyini düşünsəydi, maraqları üst-üstə düşən dövlətlər arasında müttəfiq axtarardı. Hətta Ermənistan vətəndaşları indiki vəziyyətdə gözlərini İrana dikirlər.
Bu arada Ermənistan dövlət mediasında mütəmadi olaraq belə bir xəbər yayılır ki, İslam Respublikası Azərbaycana “ərazilərin azad edilməsi” münasibətilə təbrik ünvanlayıb, Tehran İrəvana xəyanət edib, dəstəkləməyib, ona görə də erməni tərəfi Fransadan və bütövlükdə Avropadan dəstək almalıdır.
“İran görür ki, Ermənistan hakimiyyəti “anklavları” təslim etməyə hazır olduqlarını bəyan edir, insanları Kərki (qəsəbə Ermənistan-İran magistral yolunun kənarında yerləşir) əhəmiyyətini “çox qiymətləndirməməyə” inandırmağa çalışır. Zəngin diplomatiya tarixinə malik Tehran digər vasitələrlə, məsələn, Bakı ilə münasibətləri yaxşılaşdırmaqla öz maraqlarını qorumağa çalışır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin heç olmasa bir marşrutu hətta Türkiyə faktorunun mövcudluğunda olsa, belə işləsin”, deyə Arakelyan bildirib.
Buna görə də İran Rəşt-Astara (İran-Azərbaycan) dəmir yolunun tikintisi üçün Bakı ilə deyil, Moskva ilə əməkdaşlıq edərək əvvəllər dondurulmuş layihəyə start verdi. Beləliklə, ekspertin fikrincə, Tehran Moskvaya regiondakı maraqlarından yan keçməyə çalışmadığını göstərir.
Onun fikrincə, Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdi də İsrailin artan rolu ilə bağlıdır. Müharibədən sonra İran rəsmi olaraq Azərbaycanı təbrik etdi, eyni zamanda ölkələr arasında yeni sərhədin “dostca” olmasının gərəkliliyini bildirdi.
Onun sözlərinə görə, indiki şəraitdə İran, Sünikdə “dəhliz” ideyasını irəli sürərək “pantürkist anakonda”nın Ermənistanla yolu bağlamasını istəmir. Ona görə də İran rəsmiləri ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü dəstəkləməkdən danışıblar.
Amma Ermənistan hakimiyyətinin mövqeyini nəzərə alaraq, son vaxtlar diqqətlərini dəyişiblər: indi İran öz sərhədlərində terrorçuların olmasından danışır.
İndi İran Azərbaycana xəbərdarlıq edir ki, Türkiyə Suriyaya daxil olmaqla etdiyi kimi, özü üçün “bufer zona”nı təmin edə bilər.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının forumu çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşündə əmin edib ki, Bakı öz ərazisindən Tehranı təhdid etmək üçün istifadə olunmasına imkan verməyəcək. Öz növbəsində, Abdullahyan bildirib ki, İran İrəvəvan və Bakı arasında dialoqun davam etdirilməsinin, Cənubi Qafqazda kommunikasiyaların açılmasının tərəfdarıdır, lakin regionda sərhədlərin dəyişdirilməsinin əleyhinədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button