Dünya

Ukrayna NATO-ya niyə üzv ola bilmir? – ABŞ açıqladı

ABŞ Ukraynanın NATO-ya qəbul olunmamasının səbəbini açıqlayıb.

Jamaz.info xəbər verir ki, Stiven Brayen “Asia Times” nəşrindəki yazısında Ukraynanın NATO-ya qəbul olunmamasının səbəblərindən bəhs edib.

Yazıda bildirilir ki, Vaşinqton NATO-ya daxil olma şansını Ukraynanın özünün korladığını bəyan edib. Amerika rəsmiləri qeyd edib ki, onlar öz tərəfdaşlarını Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün zəruriliyinə inandıra bilməyib:

“Kiyev özünə pis xidmət etdi: Ukrayna ordusunun uğursuz əks-hücum əməliyyatı və Rusiya Federasiyasında təxribatla sabitliyi pozmaq planları Ukraynanın Qərb hərbi-siyasi blokuna üzv olmaq şansını pisləşdirdi”.

Brayenin Vilnüs sammiti ilə bağlı şərhi isə “Görüşün uğursuz olacağı ehtimalı yüksəkdir” sözlərindən ibarət olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button