ManşetÖlkə içi

Separatçılar çıxılmaz vəziyyətdə: “Beynəlxalq təşkilatlar bizi saymır, əhəmiyyət belə vermirlər”

Qarabağdakı separatçılar qorxuya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, son zamanlar Azərbaycanın Qarabağdakı qanunsuz silahlı dəstələrin tərksilah olunması və buraxılması tələb etməsi onlar ciddi narahat etməklə yanaşı, həm də panikaya salıb.

Qeyd edək ki, dünən separatçıların rəhbəri Arayik Harutyunyan qondarma “təhlükəsizlik şurası”nın iclasını çağırıb. O deyib ki, durumları ağırdır, getdikcə artan Azərbaycanın təzyiqləri qarşısında duruş gətirə bilmirlər.

Bu gün isə özünü “dövlət naziri” kimi təqdim edən bir başqa separatçı Xankəındi-İrəvan telekörpü layihəsində çıxış edib. Qurgen Nersisyan deyib ki, onlar məlumatları toplayıb rus sülhməramlılarına verirlər. “Bəzən bu məlumatlar Moskvaya da ötürülür. Təbii ki, biz boş oturmaq fikrində deyilik”.

Nersisyan iddia edib ki, guya, Qarabağ erməniləri Azərbaycanla danışıqlardan qaçmırlar. Əksinə, “buna daha çox cəhd edirlər”: “Biz Bakı ilə danışıqlardan qaçmırıq. Sadəcə, istəyimiz odur ki, təmaslar və görüşlərə konkretlik və aydınlıq gətirilsin. Bu, təkcə ərzaq və digər humanitar problemlərin həllini ehtiva etməməlidir. Həm də bizim təhlükəsizliyimizi, Ermənistanla birbaşa əlaqələrimizin bərpasını da özündə birləşdirməlidir. Bir şeyi deyə bilərəm ki, Qarabağ ermənilərinin Azərbaycanın daxilində təhlükəsizliyinə inanmaq, ağılsızlıqdır”.

Qondarma “nazir” onu da qeyd edib ki, əgər əvvəllər onların sözünü beynəlxalq təşkilatlar dinləyib, müəyyən reaksiya verirdilərsə, indi buna əhəmiyyət belə vermirlər. “Bu gün beynəlxalq təşkilatlar onlara təqdim etdiyimiz hesabatlara heç gözucu da baxmırlar. Əhəmiyyət belə vermirlər. Sonuncu dəfə insan haqlarının vəziyyəti ilə bağlı hazırladığımız hesabatı icraata belə götürmədilır. Görünən odur ki, beynəlxalq təşkilatlar Azərbaycanla şərikli şəkildə hərəkət edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button