GündəmManşet

Erməni səfir: “Ruslar yaxşı bilirlər ki, çəkilsələr Ermənistan tapdaq altında qalacaq”

Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan iddia edib ki, indiki şəraitdə və şərtlər daxilində Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarına imkan vermək olmaz. JAMAZ.İNFO xəbər verir ki, “Ermənistan xəbərləri”nə müsahibə verən dipolmatın məntiqinə görə, hazırkı danışıəqlar Ermənistanın əleyhinədir.

Onun sözlərinə görə, faktiki şərtlərlə sülh sazişinin imzalanması Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olması və gələcəkdə Ermənistana qarşı əlavə iddialar irəli sürülməsi üçün zəmin yaradır. “Bu tarixdə ilk dəfə olacaq hadisədir. Bu vəziyyətdə hər hansı müqavilənin bağlanması qətiyyən yolverilməzdir. Dəfələrlə sübut olunub ki, bu müqavilədə Ermənistanın maraqları öz əksini tapmayıb”.

Ağacanyan qeyd edib ki, Qarabağın müdafiəsi üçün ən vacib olan iki qüvvə var: “Onlardan biri xalq, digəri isə “müdafiə ordusu”dur. Təsadüfi deyil ki, Azərbaycan tərəfi “ordu”nun buraxılmasını tələb edir. Çünki Bakı Qarabağ ermənilərini tərksilah etməyincə, heç nə edə bilməyəcəyini bilir”.

Erməni diplomat bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları məsələsinə də toxunub. “Sülhməramlılar burada çox mühüm amildir. Çünki onlara qarşı hər hansı hərəkət Rusiyaya qarşı hərəkət kimi qiymətləndiriləcək”.

Dzyunik Ağacanyanın iddiasına görə, Rusiya sülhməramlı qüvvələri özlərinə həvalə edilmiş işi ehtiyatla yerinə yetirirlər. “Çünki onlar hərbi əməliyyatlara cəlb oluna bilərlər. Bu isə onları qərəzsiz vasitəçi kimi gözdən sala, onların Qarabağdan, ardından isə Ermənistandan hərbi bazasını çıxarmasına səbəb ola bilər. Nəzərə alaq ki, ruslar Qarabağı tərk edərsə, ermənilər də bölgəni tərk edəcəklər. Rusiya tərəfi bu toqquşmaların nəinki ikinci cəbhə açacağını, həm də Ermənistanı ayaqlar altında qalacağını və biz bu regionda təsəvvür edilməyəcək daha geniş cəbhə yaranacağına səbəb olacağını bilir. Ona görə də, onlar hərbi əməliyyat olmadan sarsıntılı, lakin müəyyən sabitliyi qorumağa çalışır”.

Ağacanyan Qərbin danışıqları dəstəklədiyini də qeyd edib. “Lakin öz məqsədlərini güdür. Amma buna nail olmaq üçün vaxt bitib. Nəzərə alaq ki, Amerika səfirinin sözləri təəccüblü deyil. Qərb təkcə Qarabağı Azərbaycanın bir hissəsi kimi görmür, həm də Qarabağı Azərbaycana vermək istəyir. Məqsəd İran və Rusiyanı bölgədən sıxışdırmaqdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button