Dünya

Dövlət Dumasından etiraf: “Rusiya hərbçiləri yorulub”

Dövlət Duması döyüşçülərin yorğun olduğunu bildirib.

Jamaz.info “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının üzvü Dmitri Kuznetsov Ukrayna ilə döyüş əməliyyatlarında iştirak edən hərbçilərin çox yorulduğunu bildirib.

“Tətilsizlik yorğunluğu kəskin şəkildə artırdı. Güman edirəm ki, bu, ortamüddətli perspektivdə əsas problem olacaq”, – deputat qeyd edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına xüsusi əməliyyat iştirakçılarına altı ayda bir dəfə ən azı 14 gün müddətinə məzuniyyət verilməsini tapşırmışdı. Bu tələb həm adi işçilərə, həm də könüllü birləşmələrin üzvlərinə aiddir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button