Dünya

“Vaqner”in qiyamından sonra Yunus-Bek niyə yoxa çıxıb?

Sergey Surovikin və Yunus-Bek Yevkurovun “Vaqner” silahlı qrupunun üsyanından sonra ictimaiyyət qarşısına çıxmır, bu, sözsüz ki, Rusiyanın milli təhlükəsizlik sistemində parçalanmanın əlamətidir.

Jamaz.info xəbər verir ki, bunu Britaniya kəşfiyyatı bildirib.

İdarə xüsusilə iki rus generalının – Sergey Surovikin və Yunus-bek Yevkurovun ictimai məkandan yoxa çıxmasına diqqət çəkib.

Kəşfiyyat məlumatında bildirilir ki, Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin baş komandanı Surovikin “Vaqnerçi”lərin üsyanından sonra ictimaiyyət qarşısına çıxmayıb, Yevkurov isə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin iclasında olmayıb.

Britaniya kəşfiyyat rəsmiləri Surovikinin həbs olunduğunu təsdiqləmir, lakin onun 2017-ci ildə Suriyada xidmət etdiyi vaxta qədər “Vaqner”lə uzun müddət əməkdaşlıq etdiyinə görə şübhə altına düşə biləcəyini bildirirlər.

Məlumatda vurğulanır ki, Priqojinin uğursuz qiyamı Rusiyanın milli təhlükəsizlik sistemində çat yaradıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button