Siyasət

Bakıda QH Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb, Prezident çıxış edir

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb.
Jamaz.info xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı bu gün və sabah keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button