Dünya

Paşinyan sülhdən və Qarabağdan danışdı: Alternativ yoxdur

“Xarici təhlükəsizlik Ermənistan üçün ən ciddi çağırışdır”.

Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə bağlı mesajında bildirib.

“Xarici təhlükəsizlik sahəsində problemlərimiz hər birinizə məlumdur və burada biz çox ciddi problemlərlə üzləşirik. Eyni zamanda, əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir”, – o qeyd edib.

“29,8 min kvadratkilometr əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması mühüm əhəmiyyət kəsb edir”, – Paşinyanın mesajında deyilir.

Mesajda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyindən” də bəhs olunub.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button