Siyasət
Tacikistan Azərbaycana yeni səfir təyin etdi
Rüstəm Soli, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
Jamaz.info xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon müvafiq sərəncam imzalayıb.
Diplomatın vəzifəsindən azad edilməsinə səbəb onun təqaüdə çıxması olub.
Dövlət başçısının digər sərəncamı ilə Abdurahmon İlhom Barotzoda Tacikistanın Azərbaycandakı səfiri təyin edilib.