Dünya

Çinə getməyin – ABŞ xəbərdarlıq etdi

ABŞ vətəndaşları qeyri-qanuni həbs riski olduğu üçün Çinə səfərlərini yenidən nəzərdən keçirməlidir.

Jamaz.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yenilənmiş səyahət tövsiyəsində qeyd olunub.

“Çin ABŞ vətəndaşlarının ölkə hökuməti tərəfindən qeyri-qanuni şəkildə saxlanılması riski altındadır”, – Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri cari ilin fevralında ABŞ-ın öz ərazisi üzərində Çin şarını vurmasından sonra pisləşib. İki ölkə arasında münasibətlərin daha da soyuması ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə ABŞ-da keçirilən görüşdən sonra baş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button