AraşdırmaManşet

Caliber.az-dan sensasiyalı iddia: “Rus hərbçilərinin gizli razılığı ilə Qarabağda Ordumuza qarşı təxribat hazırlanır”

Azərbaycanın hərbi sahədə ən tanınmış saytlarından olan Caliber.az bu gün maraqlı bir yazı ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, sayt yaydığı məqalədə Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin ləğv edilməsi üçün Azərbaycan tərəfinin “Qisas-3” antiterror əməliyyatına başlaya biləcəyindən bəhs edib.

Caliber.az yazır ki, Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi təkzibedilməz faktlara baxmayaraq, Qarabağda Ermənistan ordusunun heç bir nümayəndəsinin olduğunu iddia edir. “Lakin iyunun son günlərində Qarabağda təxribata cəhd edən terrorçulardan 5-I öldürüldü. Və məlum oldu ki, həmin hərbçilərdən 2-si Ermənistan ordusunun əsgərləri olublar. Hətta İrəvan tərəfi hər iki meyidi təhvil almaq üçün Bakıya müxtəlif dipolmatik yollarla müraciət belə ediblər”.

Sayt məqalədə vurğulayır ki, Qarabağda erməni qeyri-qanuni silahlı birləşmələr ləğv edilməli, Ermənistan Silahlı Qüvvələrinin bölmələri çıxarılmalı, yerli erməni əhalisi Azərbaycan dövlətinə və cəmiyyətinə inteqrasiya edilməlidir.  “Amma… Təəssüflər olsun ki, son vaxtlar Azərbaycan tərəfinə daxil olan məlumatlara görə, Ermənistanın qanunsuz silahlı birləşmələri Azərbaycan Silahlı Qüvvələrinə qarşı bir sıra təxribatlar planlaşdırır və bunlara hazırlıq Rusiyanın bölgədəki sülhməramlı qüvvələrin gizli razılığıvə təsdiqi ilə həyata keçirilir. Yeni təxribat olacağı təqdirdə “Qisas-3” əməliyyatı qaçılmaz olacaq. Azərbaycanın heç bir halda öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin olmasını qəbul etməyəcəyini hamıya bildirməyin vaxtı çatıb”.

Caliber.az daha sonra yazır ki, daha bir vacib məqam da var. “Artıq azərbaycanlıların – məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması prosesi gedir və bu proses daha da sürətləndiriləcək. Belə bir şəraitdə Azərbaycan geri qayıdan mülki şəxslərin təhlükəsizliyini təmin etməyə borcludur ki, bu da Qarabağ bölgəsində qeyri-qanuni silahlı qüvvələrin mövcudluğu ilə bir araya sığmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button