ManşetÖlkə içi

Ermənistan Azərbaycanın daxili işlərinə burun soxmaqda davam edir

“Ermənistanın baş naziri Nikol Paşinyan hər gün Qarabağın rəhbəri Arayik Harutyunyanla telefonla əlaqə saxlayır”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlama ilə baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan çıxış edib.

O bildirib ki, İrəvan hökuməti Qarabağ məsələsini, habelə bölgədə yaşananları gözardı etməyib. “Qarabağ məsələsi Ermənistanın gündəliyindən çıxarılmayıb. Əksin, Ermənistanın baş naziri Nikol Paşinyan mütəmadi olaraq Arayik Harutyunyanla əlaqə saxlayır. Bunu tərəflərin hər ikisi təsdiq edirlər”.

Bağdasaryan daha sonra qeyd edib ki, hazırda Qarabağa humanitar yüklərin çatıdırlıması və bəzi problemlərin həlli məqsədi ilə baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə komissiya yaradılıb. “Xaçatryanın vəzifəsi Qarabağ ermənilərinin humanitar məsələlərinə nəzarət etmək və lazımi təcili dəstəyi, o cümlədən beynəlxalq təşkilatların köməyi ilə təmin etməkdir”.

P.S. Ermənistanın bu hərəkəti birmənalı olaraq Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və Nikol Paşinyan da hökumət rəhbəri olaraq bir neçə dəfə bunu təsdiqləyib. Belə olan halda, İrəvanın Qarabağda yaşayan ermənilərin işinə qarışması, oradakı separatçılarla təmasa davam etməsi ölkəmizin daxili işlərinə qarışmaqdır. Bu isə Azərbaycana açıq şəkildə müharibə elan etməyə bərabər məsələdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button