Siyasət
İranın XİN başçısı Bakıya gəlir
İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian Bakıya səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, iranlı nazir Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatı ölkələrinin XİN başçılarının toplantısına qatılacaq.
Məlumatda bildirilir ki, Abdullahian Bakıda olarkən ölkəmizin XİN başçısı Ceyhun Bayramovla da görüşəcək.