Dünya

“Çin ABŞ-ın rəqibi deyil, düşmənidir”

Çin ABŞ-ın rəqibi deyil, düşmənidir.

Jamaz.info xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli söyləyib.

O, Çini Amerikanın İkinci Dünya Müharibəsindən bəri üzləşdiyi ən böyük xarici təhlükə adlandırıb.

“Çin sadə rəqibdən daha çox şeydir. Kommunist Çin düşməndir. Komunist Partiyası ildə 600 milyard dollar dəyərində yeniliklərimizi oğurlayır. Onlar Amerikanın gücünü sarsıtmaq üçün Amerika sahibkarlığından istifadə edir. ABŞ prezidenti Co Bayden bunun baş verməsinə icazə verir”, – deyə Heyli bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button