Dünya
Yaponiyada güclü zəlzələ baş verdi
Yaponiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Jamaz.info xəbər verir ki, bu barədə yerli media hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Zəlzələnin episentri Hokkaydo adasının cənub sahillərində, ocağı isə okeanın dibinin təxminən 480 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.