Cəmiyyət

“Cəsur döyüşçü” medallı qazimiz vəfat etdi

Vətən müharibəsi iştirakçısı Fərid Ağamalıyev vəfat edib.

Jamaz.info xəbər verir ki, Siyəzən rayonundan olan F.Ağamaliyev xəstəliyi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Fərid və qardaşı müharibə başlayan gündən sona qədər ön xətdə xidmət ediblər. Fərid döyüş zamanı yaralanmışdı. Onların atası Mayis Ağamalıyev müharibə gedişində vəfat edib. Döyüşdə “suriyalı” ləqəbi ilə tanınan qazimiz göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə medalı ilə təltif edilib.

Fərid ailəli olub, onun 1 azyaşlı övladı var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button