Cəmiyyət

Ən ucuz qoyun hansı ölkədədir? – Qurbanlıq qiymətləri

Qurban kəsilən bəzi ölkələrlə müqayisədə ən ucuz qoyun Azərbaycandadır.

Jamaz.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə bayram ərəfəsində müxtəlif ölkələrdə heyvanların qiyməti ilə bağlı hazırlanan infoqrafikadan məlum olub.

Azərbaycanla yanaşı, yeddi ölkənin yer aldığı siyahıdan aydın olur ki, ölkəmizdə qoyunun qiyməti 150 – 170 dollar (255 – 289 manat) arasında dəyişir.

Tacikistan 150 – 175 dollarla (255 – 297 manat) ikinci, Qazaxıstan 156 – 170 dollarla (256 – 289 manat) üçüncü yerdə qərarlaşıb.

Növbəti yerlərdə Qırğızıstan (172 – 183 dollar / 292 – 311 manat), Özbəkistan (250 – 280 dollar / 425 – 476 manat), Türkiyə (253 – 270 dollar / 430 – 459 manat) və Türkmənistan (300 – 320 dollar / 510 – 544 manat) qərarlaşıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button