Dünya

ABŞ diplomatlarına Priqojinin üsyanı ilə bağlı vəziyyəti şərh etməyi qadağan etdi

ABŞ-ın dövlət katibi Entoni Blinken bütün amerikalı diplomatlara təcili teleqram göndərərək, Rusiyada “Vaqner”in silahlı qiyamını şərh etməyi qadağan edib.
Jamaz.info Qayanrinfo-ya istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“teleqram Bayden administrasiyasının Rusiyadakı hadisələrlə bağlı narahatlığının səviyyəsini, Ağ Ev və Dövlət Departamentinin vəziyyətlə bağlı açıq və özəl şəkildə hesabatlara nəzarət etməsinin nə qədər vacib olduğunu göstərdi”, deyə “Axios” yazır.
ABŞ rəsmilərinin sözlərinə görə, Blinken teleqramında Dövlət Departamentinin bütün əməkdaşlarına Rusiyadakı vəziyyəti heç kimlə müzakirə etməməyi əmr edib. Xarici hökumətlərin Rusiyadakı hadisələrlə bağlı sualına amerikalı diplomatlar yalnız ABŞ-ın vəziyyəti izlədiyini cavablandırmalıdır.
Rəsmilərdən biri deyib ki, teleqramı alanlarda elə təəssürat yaranıb ki, bu teleqram “heç bir amerikalı diplomatın ABŞ-ın hər hansı şəkildə böhrana qarışdığı təəssüratı yaradacaq bir şey demədiyinə əmin olmaq üçün” göndərilib.
Başqa bir məmur bildirib ki, teleqram göndərildiyi vaxt Rusiyadakı vəziyyət çox aydın deyildi və görünür, Blinken ABŞ rəsmilərinin vəziyyətlə bağlı daha çox təfərrüat ortaya çıxana qədər susmasını istəyib.
Blinkenin özü bir neçə müsahibəsində böhranın Rusiyanın daxili problemi olduğunu və ABŞ-ın heç bir şəkildə buna qarışmadığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button