Dünya

“Vaqner”lə rus ordusu döyüşür – Tərəflərin ilk itkiləri açıqlandı

Xəbər verdiyimiz kimi, “Vaqner” PMC Rusiyada silahlı üsyan başladıb.
Jamaz.info
xəbər verir  ki, Açıq Mənbə Kəşfiyyatı (Open-source intelligence, OSINT) tərəflərin ilk itkiləri barədə məlumat yayıb.
Bildirilib ki, hələlik nizami rus ordusunun itkiləri daha çoxdur.
“Yevgeni Priqojinin muzdlularına qarşı döyüşlər zamanı Rusiya hərbçiləri bir İl-22 təyyarəsini, elektron müharibə üçün nəzərdə tutulmuş iki helikopteri, bir Mi-35 helikopterini, bir “Tiger” döyüş maşınını və hərbi “KamAZ”-ını itirib. Təyyarə məhv edilib, maşınlar isə ələ keçirilib”, – OSINT tədqiqatçılarının hesabatında qeyd olunur.
Bildirilib ki, “Vaqner” PMC ” yalnız bir UAZ itirib.
Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.
Rusiya Prezidenti Vladimir Putin isə “Vaqner” muzdlu hərbi təşkilatının son addımını xəyanət adlandırıb. O, xalqa müraciətində üsyan təşkilatçılarının buna görə cavab verəcəklərini deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button