Dünya
Türkiyədə meşə yanğını
Türkiyədə yenidən meşə yanğını qeydə alınıb.
Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Muğla vilayətində baş verib.
Belə ki, vilayətin Marmaris rayonunda meşəlik sahə qəfil alışıb. Hazırda yanğının söndürülməsi istiqamətində addımlar atılır.
Səbəblər araşdırılır.
Qeyd edək ki, 2021-ci ilin yayında Türkiyədə genişmiqyaslı meşə yanğınları olmuşdu.