Cəmiyyət

Söyüdlüdə jurnalistlər saxlanılıblar? – DİN-dən açıqlama

Jurnalistlər – Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin ötən gün Gədəbəydə saxlanıldıqları bildirilir.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Gədəbəydəki son hadisələri işıqlandırmaq üçün ərazidə olan jurnalistlərin polis idarəsinə aparıldıqları deyilir.
Sözügedən jurnalistlərdən biri Nərgiz Absalamova ötən gün Feysbuk profilindəki paylaşımında saxlanıldığını bildirib:
“Gədəbəy rayonu polis şöbəsinin qarşısından reportaj üçün kadr götürürdük. Polislər gəlib bizə mane oldular. Və polis geyimli biri bizi göstərib “basın bunları içəri” dedi. Burada saxlanılmışıq. Elşad Hacıyevə (Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi – red.) zəng etdim, “çəkiliş etmək olmaz” deyib telefonu söndürdü. Şöbənin qarşısında bizi saxlayıblar”.
Jamaz.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yeniavaz.com-a açıqlamasında heç bir jurnalist saxlanılmadığını deyib:
“Sosial şəbəkələrdə Gədəbəy rayonunda jurnalistlərin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button