Dünya

“TikTok” əməliyyatı – 1,2 milyardlıq cinayət işi

İstanbul Polisinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi “TikTok” sosial şəbəkəsi vasitəsilə çirkli pulları yumaqda ittiham edilən qruplaşmaya qarşı əməliyyat keçirib.

Jamaz.info “Sözcü” qəzetinə istinadən xəbər verir ki, 1,2 milyard lirəlik çirkli pulların yuyulması ilə bağlı keçirilən əməliyyat nəticəsində “TikTok” fenomenlərin də daxil olduğu 120 nəfər saxlanılıb.

Nəşr bildirir ki, saxlanılan şəxslər oğurladığı kredit kartları və razılaşdıqları şəxslərin kartlarından ödənişlər etməklə fırıldaqçılıq edib.

Qeyd olunur ki, saxlanılan şəbəkə “TikTok”da tokenlər alıblar. Virtual pul kimi istifadə edilən bu tokenlər (şir, ürək, eynək, idman avtomobili və s.) fenomenlərə göndərilib. Bu üsulla həmin şəxslərə külli miqdarda pul ödənilib. Daha sonra dəstə üzvləri bu pulun böyük hissəsini fenomenlərdən geri alıb və qarşılığında onlara kiçik məbləğ ödəyiblər.

Kiber polis əməliyyat çərçivəsində 215 şübhəlini müəyyən edib və 37 rayonda əməliyyat təşkil edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button