ManşetSosial

Ucarda 59 nəfər niyə işdən çıxarılıb?- Jurnalist detalları açıqlayır- VİDEO

Ucar rayonunda 59 nəfərin qanunsuz işindən çıxarılmasını araşdıran yoxdur, nədəki əmək müqaviləsinə xitam verilməsinə dair əmirləri onlara təqdim edilmir. Hansı ki, əmrləri almaq üçün müarciətlər edilib. Bu barədə məlumatı JAMAZ.İNFO-a jurnalist Fuad Hüseynov verib.  

Hüseynov bildirir ki, həmin 59 nəfər Ucar rayon sakinləri 2019-cu ildə “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul ediliblər. “”Onları 2023-cü ilin aprel ayında qanunsuz işdən çıxarılıblar. Əsas göstərilir ki, Məşğulluq Agentliyi  Ucarda 24 noyabr,  05 və 15 dekabr 2022-cü il tarixlərdə monitorinq aparan zaman həmin 59 nəfər işdə olmayıb”.

Jurnalist iddia edir ki, bunun korrupsiya əməli olmasını subut etmək çox asandır. “Belə ki, “DOST” İş Mərkəzinin müqaviləsi ilə Ucarda “komxoz”da 350 nəfər işləyir. Həmin qurumun özünün isə 70  nəfər işçisi var. Bunu bütün Ucar rayon sakinləri bilir və görür ki, 450-dən çox işçisi olan qurumda hər gün 70 nəfəri təmizlik işi aparır. Qalan 400 nəfərə yaxın işçi aylıq haqq verir deyə işə gəlmirlər. Onlara qanunsuz davamiyyət yazılır, hər ay maaş alırlar. Yoxlama gələndə aylıq pul alan birqadirlər və müdir onlara xəbər edir ki, tez gəlin gözə görsənin yoxlama gəlib”.

Fuad Hüseynov qeyd edir ki, onların arasında elələri var ki, Ucardan kənarda işləyir, alver edirlər. “Komxozun rəhbərliyi yoxlamanı

da pul verib, razı sala bilir deyə, həmin aylıq pul verənlər barədə tədbir görülmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli,  DOST Agentliyinin rəhbəri Fərid Məmmədov və “DOST” İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun hər birinə müraciət edib, xahiş etmişəm ki, 24 noyabr, 05 və 15 dekabr 2022-cü il tarixlərində Məşğulluq Agentliyi tərəfindən Ucarda aparılmış monitorinq zamanı çəkilmiş videoya mənim və digər şəxslərin iştirakı ilə baxılsın. Ancaq müsbət cavab verilməyib. Çünki həmin yoxlama zamanı təxminən 400 nəfər işdə olmayıb. Monitorinq zamanı çəkilmiş videoya baxanda bu aydın görünəcək. Ancaq bu əsasla 59 nəfər işdən çıxarılıb. Çünüki həmin 59 nəfər hər gün işə çıxıb, aylıq pul verməyənlər idi. Sadəcə yoxlama saat 11-də gəlib deyə onları görməyib. Çünki dünyanın hər yerində olduğu kimi Ucarda da təmizlik işləri cəmiyyət yuxudan oyanmazdan əvvəl, səhər saat 06:00-dan başlayır. Bu insanlarda səhər saat 6-00 dan -10-00 kimi işləyib evə gediblər”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button