Siyasət
Avropalı deputatlar Azərbaycan-Ermənistan sərhədinə gəlir
Avropa Parlamentinin deputatları Azərbaycanla sərhəddə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistana səfər edəcəklər.
Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 19-22-də baş tutacaq.
Səfər zamanı Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndə heyəti İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaq niyyətindədir.
Həmçinin hökumətdə və parlamentdə görüşlər keçirmək nəzərdə tutulub.