Ölkə içi
AŞPA-da Laçın dəhlizi məsələsi müzakirə olunacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay plenar iclasında Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məsələsinin təcili müzakirəsi keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə AŞPA Ermənistan nümayəndə heyətinin üzvü Arusyak Culhakyan məlumat verib.
O bildirib ki, müzakirələr iyunun 22-də keçiriləcək.