Dünya

Ermənistandakı məktəblərimiz dostluğumuzu möhkəmləndirəcək – Kreml rəsmisi

“Moskvanın Ermənistanda tikməyi planlaşdırdığı rus məktəbləri ilə bağlı məsələ hazırda həmkarlar tərəfindən fəal şəkildə müzakirə olunur”.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Kremlin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov danışıb.

“Ümid edirik ki, Ermənistanın xüsusiyyətlərinə, qanunvericiliyinə anlayışla və dərin hörmətlə ən müasir təhsil layihələrini həyata keçirməyə imkan verəcək forma tapa biləcəyik. Məktəblər lazım olan hər şeylə tam təchiz olunacaq, müasir tədris metodlarına uyğun olacaq. Onların açılması gənclərin öz vətənlərində imkanlarını genişləndirəcək, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində daha bir addım olacaq”, – Kreml rəsmisi əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button