Rusiyanın Qarabağdakı emissarı və kuklası Ruben Vardanyan yenidən bölgədəki kəndləri sülənməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, separatçı Qarabağdakı kəndlərdə yaşayan ermənilərlə görüşərək, onlara öz planlarını başa salmağa çalışır.
Belə ki, bir müddət əvvəl qondarma “Qarabağın Təhlükəsizlik və İnkişaf Cəbhəsi”ni yaradan rusun kuklası erməniləri inandırmağa çalışır ki, guya, Azərbaycan onlara qarşı “etnik təmizləmə” işləri görməyə hazırlaşır. Üstəlik, onlara deyir ki, bunun qarşısını almaq üçün hamı bir olmalıdır.
“Hraparak” qəzeti bununla bağlı yazır ki, Vardanyan Qarabağda yaşayan etnik erməniləri ayağa qaldırmaq fikrindədir. “Bu da böyük ehtimalla Xankəndidə yeni aksiyaya hazırlıq məqsədi daşıyır. Görüşlərdə də bu istiqamətdə təbliğat aparılır”.