İqtisadiyyat
ABŞ-ın dövlət borcu 32 trilyon dolları ötdü – Tarixdə ilk dəfə
ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb.
Jamaz.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin saytındakı “ümumi dövlət borcu” bölməsində iyunun 16-na 32,04 trilyon dollar məbləğində vəsait göstərilib. Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir.
Hələ yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb.