Dünya

Saakaşvili aktiv siyasətə qayıdır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aktiv siyasətə qayıtdığını açıqlayıb.

Jamaz.info xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

O, bu gündən etibarən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. Saakaşvili bildirib ki, o, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək.

“Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, – sabiq dövlər başçısı qeyd edib.

Xatırladaq ki, Saakaşvili 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidəki evində həbs edilib. O, dəfələrlə aclıq aksiyası keçirib. Sabiq lider səhhətində ağır problemlər yarandıqdan sonra siyasətdən getdiyini bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button