Dünya

“Ukrayna hazırda NATO-ya üzv ola bilməz” – Stoltenberq

Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması mümkün deyil, alyans ölkələri və Kiyev də bunu başa düşür.

Jamaz.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq  “France 5” telekanalına müsahibəsində deyib.

“Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olacağı ilə razılaşır, lakin alyans dövlətlərindən heç biri, hətta Ukrayna belə, müharibə zamanı ölkənin təşkilata daxil olmasını gözləmir. Bütün müttəfiqlər bir mövzuda həmfikirdir ki, alyansın qapıları açıqdır. Biz bunu Finlandiya və İsveçi inteqrasiya etməklə nümayiş etdirmişik”, – Stoltenberq bildirib.

O, həmçinin alyansa üzv ölkələrin Vilnüsdə iyulun 11-12-də keçiriləcək sammitində müzakirə ediləcək Ukrayna üçün təhlükəsizlik təminatlarına toxunub.

“Biz vəziyyətin təkrarlanmaması üçün çoxsaylı müzakirələr aparırıq. Biz əmin olmaq istəyirik ki, müharibə bitərsə, Rusiyanın yeni hücumlarına qədər qısa fasilə olmayacaq. Ukrayna qarşısında öhdəliklərimiz yerinə yetirilməlidir”, – NATO Baş katibi vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button