ManşetSiyasət

Qubanın keçmiş icra başçısı Şuşa, ya da Sumqayıta rəhbər göndərilir?- İDDİA

Bir neçə gün əvvəl işdən azad olunan Qubanın sabiq icra başçısı Ziyəddin Əliyevlə bağlı yeni xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, Qubada “ad çıxarmış” sabiq icra başçısına yeni vəzifə veriləcəyi iddia olunur.

Həmin məlumatda Ziyəddin Əliyevin icra başçısı ola biləcəyi iki şəhərin adı çəkilir. Onlardan biri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, digəri isə Şuşa şəhərinin icra başçısı postudur.

Qeyd edək ki, Ziyəddin Əliyevin Sumqayıta icra başçısı getmə ehtimalı çoxdur. Çünki hazırkı icra başçısı Zakir Fərəcovun vəziyyəti ağırdır. Həm sahibklarlar borclu olduğu 10 milyonlarla manat pulla bağlı qalmaqal içindədir. Həm də son zamanlar dövlət qurumlarının ciddi yoxlamaları ilə üzləşib. Hətta aşkarlanan yeyinti faktları səbəbindən pulun ödənilməsini də ondan tələb edirlər. Bu səbəbdən də bəzi müşahidəçilər Fərəcovun postunu tərk edəcəyini istisna etmirlər.

Amma Ziyəddin Əliyevin Şuşanın icra başçısı olma perspektivi yoxdur. Birincisi, hakimiyyət üçün Şuşa mühüm məntəqə hesab olunur. Oraya təyin olunacaq rəhbərin reputasiyası Ziyəddin Əliyev kimi olmamalıdır. Həmin şəxs böyük ehtimalla gənc, həm də hakimiyyətin üst eşalonuna çox yaxın olan biri olacaq. Ona görə də, keçmiş icra başçısının Şuşaya rəhbər göndərilməsi inandırcı görünmür.

P.S. Bir şeyi də nəzərə alaq ki, Azərbaycan hakimiyyəti həmişə sağ göstərib, sol vurub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button