Dünya
Paşinyan: “Bəlkə biz orduya çox etimad göstəririk?”
“Biz ordu üçün heç nəyi əsirgəmədik və ordumuza güvəndik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan büdcənin icrasının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Ermənistan hökuməti olaraq ordunun bir çox əlaqələrindən xəbərdar imişlər. “Üstəlik, biz siyasi əlaqələri bilirdik, bəzi şeylərə göz yumurduq. 2018-ci ildən bu günə kimi elə bir hal olmayıb ki, ordumuzda hökumət “pul yoxdur” desin. Və ya nəsə yoxdur deyək. Bu istisnadır. Bəlkə bizim ən böyük səhvimiz orduya etimad etməyimizdir?”.