DünyaManşet

Paşinyan: “Gerbdəki Ermənistanı arzulamaq, “bizi məhv edin” deməkdir”

“Gerbimizin üzərində nə var? Emblemimiz əsasən psixologiyamızı əks etdirir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, gerbin açması Ermənistanın dörd sərvətindən biri olan Ağrı dağında Nuhun gəmisini ehtiva edir. “Bəs, 1991-ci ildə qəbul etdiyimiz gerbin 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Nuhun gəmisi Ağrı dağında yerləşir və indiki Ermənistanın ərazisi su altında qalıb. Həmçinin təsvir olunan şir o deməkdir ki, o Ermənistanda uzun müddət təbii şəkildə yaşamayıb”.

Paşinyan deyib ki, söhbət hər bir ermənidəki mövcud olan dualizmdən gedir: “Tarixi Ermənistan və real Ermənistan. Əsl Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana? Bu, cavab verməli olduğumuz siyasi və epoxal sualdır. İstəsək, bu məsələni münaqişəsiz həll edə bilərik. Çünki tarixi Ermənistanın 12 paytaxtından 6-sı Ermənistan Respublikasının ərazisində yerləşir. Və sonuncu dəfə bu paytaxtlarda nə vaxt olmusunuz? Onlar hansı vəziyyətdə idilər? Ənənələr və dəyərlər haqqında çox danışırıq. Lakin bu gün tarixi rəmzlərimiz xarabalıqdadır”.

Ermənistanın baş naziri maraqlı bir sual da verib: “Gerbimiz gələcək haqqında nə deyir? Qeqam Manukyan (Haystan blokundan olan deputat-red) deyir ki, bu bizim kadastr kağızımızdır. Əgər bəyan etsək ki, bu bizim kadastr kağızımızdır, onda bəyan edirik: bizi məhv edin”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button