Dünya

19 rayona vilayət statusu verilə bilər

Türkiyədə 19 rayona (ilçe) vilayət (il) statusu verilə bilər.

Jamaz.info xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) məsələ ilə bağlı çalışmalara başlayıb.

Məlumata görə yaxın gələcəkdə Alanya (Antalya vilayətinin rayonudur), Tarsus (Adana vilayətinin rayonudur), İnegöl (Bursa vilayətinin rayonudur), Çorlu (Tekirdağ vilayətinin rayonudur), Manavgat (Antalya vilayətinin rayonudur), Ünye (Ordu vilayətinin rayonudur), Edremit (Balıkesir vilayətinin rayonudur), Fethiye (Muğla vilayətinin rayonudur), Midyat (Mardin vilayətinin rayonudur), Yüksekova (Hakkari vilayətinin rayonudur) və Erçişin (Van vilayətinin rayonudur) də daxil olduğu ümumilikdə 19 rayona vilayət statusu verilə bilər.

Qeyd edək ki, Türkiyədə inzibati ərazi bölgüsü il, ilçe, belde və köy olaraq aparılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button