ManşetÖlkə içi

Təxribata cəhd edən erməni hərbçi zərərsizləşdirildi

Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.

Jamaz.info xəbər verir ki, Azərbaycan ordusu Laçın istiqamətində düşmənin atəş nöqtələrini susdurub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Komandanlığı təxribata cəhd edən erməni hərbçilərdən birinin yaralandığını bildirib. Adı açıqlanmayan hərbçinin vəziyyəti barədə məlumatın daha sonra veriləcəyi qeyd olunub.

Erməni KİV-lərindən yayılan məlumata görə, rəsmilər itkilərin artacağını istisna etmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button