ManşetSiyasət

Azərbaycan Laçın dəhlizini tam bağladı: Hətta rus hərbçilərin də buraxılmadığı deyilir

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan tərəfi Laçındakı Sərhəd-Keçid Məntəqəsini atəşə tutub və nəticədə Azərbaycan Ordusunun bir əsgəri yaralanıb. JAMAZ.İNFO xəbər verir ki, bunun ardından Ermənistan tərəfi Teğ (Dığ) kəndi istiqamətindəki mövqelərindən Azərbaycan həbrçilərinin yerləşdiyi üzbəüz mövqelərini minaatanlardan atəşə tutmağa başlayıb.

Qeyd edək ki, düşməni susdurmaq üçün Azərbaycan Müdafiə Nazirliyi tədbir görməyə başlayıb. Erməni tərəfi isə az öncə məlumat yayıb ki, Azərbaycan tərəfi Laçın dəhlizi ilə bütün yük və sərnişinlərin daşınmasını dayandırıb. Onların iddiasına görə, bu səhər Xankəndidə yaşayan bir qrup erməni (25 nəfər) Laçın SBM-dən geri qaytarılıb.

Qarabağdakı separatçılarının “Hraparak”a verdiyi məlumata görə, hazırda Rusiya sülhməramlı kontingentin müşayət etdiyi, hətta özlərinin yük maşını ilə daşıdıqları yüklərin keçidinə də qadağa qoyulub.

Qeyd edək ki, Azərbaycan tərəfinin belə bir addım atması məntiqli və doğrudur. Ən azından ona görə ki, erməni tərəfi faktiki olaraq Laçın SBM-ni atəşə tutur və bu da oradakı həm hərbi, həm də mülki şəxslərin həyatı üçün təhlükə yaradır. Ona görə də, Laçın SBM-də hərəkət, istər yük, istərsə də sərnişinlərin daşınması dayandırlmalıdır və dayandırılıb.

Erməni tərəfinin məlumatları isə həm qərəzlidir, həm də yalan. Ona görə ki, hazırda Qarabağda yaşayan ermənilərin hər hansı humanitar problemləri yoxdur. Əgər varsa belə ora Azərbaycan ərazisidir və rəsmi Bakı bütün köməklikləri göstərməyə hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button