ManşetÖlkə içi

Rusiya qarınağrısına düşüb: “ABŞ Qarabağdakı ermənilərə Bakı ilə görüşmək üçün təzyiq edir”

“ABŞ Qarabağdakı erməniləri Azərbaycanla görüşməyə məcbur edir. İmtina edərsə, antiterror tədbirləri ilə hədələyir”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə “RİA Novosti” çıxış edib.

Agentlik həmin məlumatı Vaşinqtondakı diplomatik mənbədən əldə etdiyini bildirir. “Vaşinqton ultimatum şəklində Qarabağın nümayəndələrini amerikalı koordinatorun iştirakı ilə Azərbaycan tərəfi ilə tezliklə “üçüncü ölkədə” görüşməyə razılaşmağa məcbur edir. Məqsəd ABŞ-ı regionda mövqelərini möhkəmləndirməkdir”.

“RİA Novosti” mənbəyə istinadən onu da xəbər olaraq yayıb ki, guya, amerikalə diplomat “Belə bir əlaqədən imtina ediləcəyi təqdirdə, Qarabağ rəhbərliyi Azərbaycanın regionda “antiterror əməliyyatı” keçirəcəyi ilə hədələnir”.

Rus xəbər agentliyi onu da iddi edib ki, Amerikanın sülhməramlı təşəbbüsünə Qarabağdakı qondarma “xarici işlər naziri” Sergey Qazaryan tərəfindən lobbiçilik edilir. “Onun maraqları Azərbaycanın maraqları ilə tam üst-üstə düşür”.

Rusiya XİN-i isə bu məlumatın ardından açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, Kreml diplomatiyasının başbilənləri bu hadisədən narahat olduqlarını dilə gətiriblər. “Bayden administrasiyasının rəsmilərinin Qarabağa təhdidləri ilə bağlı xəbərlər ABŞ vasitəçilərinin adekvatlığı ilə bağlı suallar yaradır”.

P.S. Rusiyaya sual verən lazımdır ki, Qarabağdan sənə nə? Axı, sən niyə burnunu Azərbaycanın daxili işlərinə soxmalısan? Ukrayna bataqlığında çabaladığın halda, bu nə hikkədir, bu nə sarsaqlıqdır? Görünən odur ki, Kreml qarınağırısına düşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button