Gündəm

ABŞ Ermənistandakı vətəndaşlarına müraciət etdi: Azərbaycanla sərhədə getməyin

ABŞ Ermənistandakı vətəndaşlarına növbəti xəbərdarlıq edib.

Jamaz.info xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını Ermənistanın bəzi sərhədyanı rayonlarına səfər etməməyə çağırıb.

Bununla bağlı səfirliyin yaydığı bəyanatda deyilir:

“Ermənistanda yay səyahət mövsümü ilə əlaqədar ABŞ-ın Yerevandakı səfirliyi ABŞ vətəndaşlarına xatırladır ki, Ermənistan və Azərbaycan arasında davam edən münaqişə ilə əlaqədar ABŞ səfirliyinin əməkdaşları və ailələri üçün aşağıdakı istiqamətlərə qeyri-vacib səyahətlər qadağandır”.

Səfirlik Ermənistanda bir çox yerləri qeyd edib. Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycanla sərhədinə üz tutmasınlar.

“Səfirlik öz vətəndaşlarını bundan sonra da Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərdə diqqətli olmağa və bu ərazilərə səfərlərdən çəkinməyə çağırır. Dağlıq Qarabağa səyahət qadağandır. ABŞ hökuməti Dağlıq Qarabağda və onun ətrafında olan ABŞ vətəndaşlarına təcili yardım xidmətləri göstərə bilmir, çünki giriş qadağandır” – açıqlamada deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button