Cəmiyyət

İtkin hərbçilərin ölmüş elan edilməsinə dair müddət azaldılır

Hərbi əməliyyatlar zamanı həlak olması güman edilən şəxslərin həlak olduğunu elan etmək üçün müəyyən edilən vaxt məhdudiyyəti azaldılır.

Jamaz.info-nun məlumatına görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, hazırda bu müddət iki ildir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button