Dünya

Rusiyada deputat öldürüldü, arvadı bıçaqlandı

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətinin yerli deputatı Aleksandr Kolodiçin meyiti tapılıb.

Jamaz.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, deputatın meyiti Yeni Moskvada aşkarlanıb. Onun bədənində ölümə səbəb olan zorakılıq izləri müəyyən edilib. Deputatın həyat yoldaşı isə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qətldə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aleksandr Kolodiç Vahid Rusiya Partiyasının üzvüdür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button