Dünya

Soros imperiyasını oğluna təhvil verdi: “Bundan sonra ifrat solçu ideyaları dəstəkləyəcəm”  

25 milyard dollarlıq sərvəti ilə tanınan və təkcə ABŞ-da deyil, dünyanın əksər ölkələrində siyasi prosesləri maliyyələşdirən Corc Soros imperiyasına nəzarəti oğlu Aleksə təhvil verib. JAMAZ.İNFO xəbər verir ki, The Wall Street Journalı məlumat yayıb.

Aleks Soros bildirib ki, o, ailənin pulunu bundan sonra ifrat solçu ideyaları təbliğ etmək üçün istifadə edəcəyinə söz verib. Sorosun 37 yaşlı varisi deyib ki, o, atasının siyasi məqsədlərinə çatacaq. “Lakin səsvermə və erkən abort hüquqları və gender bərabərliyi kimi digər prinsipləri də bu sıraya daxil edəcək”.

Aleks özünü atası ilə müqayisə edərək, “Mən siyasətə daha çox meylliyəm” deyir. “Bir il ərzində o, 14 dəfə Ağ Evə səfər edib və nüfuzlu demokratlarla görüşüb”.

Xatırladaq ki, Sorosun “Açıq Cəmiyyət” Fondu dünyada insan haqlarını dəstəkləyən və müxtəlif universitetləri maliyyələşdirən qruplara hər il təxminən 1,5 milyard dollar vəsait ayırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button