Dünya

“Rusiya Kaxovka SES-i ona görə partladıb ki…”

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Kaxovka Su Elektrik Stansiyasında (SES) partlayışın “Rusiyanın iştirakı ilə” baş verdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi bu yolla Ukrayna ordusunun mümkün hərəkətlərinin coğrafiyasını daraltmağı və Silahlı Qüvvələrin əks-hücumunun qarşısını almağı planlaşdırıb.
“Kaxovka Su Elektrik Stansiyasının zədələnməsi açıq şəkildə Ukrayna Müdafiə Qüvvələrinin Xerson istiqamətində hücuma keçməsinin qarşısını almaq, onların Zaporojye və Baxmut istiqamətlərinə köçürülməsi üçün lazımi ehtiyatları buraxmaq üçün həyata keçirilib”, deyə Anna Malyar “Telegram” kanalında yazıb.
Bundan əlavə, müdafiə nazirinin müavini bildirib ki, Rusiya SES-i dağıtmaqla Ukraynanın diqqətini yayındırmağa çalışıb, onu “texnogen fəlakəti aradan qaldırmaq” üçün qüvvələrinin bir hissəsini səfərbər etməyə məcbur edib və Rusiyanın nəzarətində olan Xerson bölgəsindəki Dnepr sahili ərazilərə əks-hücumu qeyri-mümkün edib.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button