Dünya
Ərdoğan yeni komandasını gələn həfətə təqdim edəcək
Türkiyədə keçirilən prezident seçkilərinin qalibi olmuş Rəcəb Tayyib Ərdoğan yeni komandasının adını gələn həftə açıqlayacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Ərdoğan ya bu həftənin cümü günü və ya iyunun 2-də Türkiyə Böyük Millət Məclisində deputatlarla eyni vaxtda andiçmə mərasimi keçirəcək, ya da iyunun 6-da ayrıca andiçmə mərasimi düzənləyəcək. Məlumatda o da deyilir ki, Türkiyə prezidenti yeni kabinetinin üzvlərinin adlarını məhz həmin vaxt açıqlayacaq.