Dünya

Ermənistanda qadınlar hərbi xidmətə cəlb olunur: 2500 dollar pul veriləcək

Ermənistan qadınların da hərbi xidmətə cəlb edilməsi üçün qanun layihəsi hazırlayır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sözügedən ölkənin müdafiə naziri Suren Papikyan bildirib.

O qeyd edib ki, artıq ilk qadın batalyonunun yaradılmasını həyata keçirməyə başlayıblar. Papikyanın sözlərinə görə, Ermənistan sərhədlərinin qiorunmasında qadınların iştirak etməsi lazımlı addımdır. “Qadınlar üçün hərbi xidmət müddəti 6 ay nəzərdə tutulub. Artılq ilk batalyon hazırdır”.

Nazir qadın hərbçilər üçün hansı güzəştlərin də nəzərədə tutulduğunu açıqlayıb. “Əgər qadın hərbçi 6 ay xidməti başa vurarsa və ya səhhətində yaranmış problemə görə, vaxtından əvvəl tərxis olunarsa, onlara qonorar olaraq 1 milyon dram (2500 dollardan bir qədər çox) kompensasiya veriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button