Dünya

Ərdoğan nə vaxt and içəcək?

Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.

Jamaz.info xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.

Ali Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.

İyunun 2-də deputatlar Türkiyə Böyük Millət Məclisində and içəcək və 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.

Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. O, and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək, daha sonra Nazirlər Kabinetinin iclasını keçirəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button