GündəmManşet

Paşinyanın açıqlaması ortalığı qarışdırdı: “Ermənistanın heç vaxt dövlət kimi, kadastr şəhadətnaməsi olmayıb”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə etdiyi çıxışında işlətdiyi ifadələr ortalığı qarışdırıb. JAMAZ.İNFO xəbər verir ki, Paşinyan həmin çıxışında Ermənistanın indiyə qədər rəsmi kadastr şəhadətnaməsinin olmadığını deyib.

O bildirib ki, 30 ildir Ermənistan müstəqillik əldə etsə də, onun ərazilərini müəyyən və təsdiq edən “kadastr şəhadətnaməsi” yoxdur. “30 ildir ki, kadastr şəhadətnaməsi olmayan yerdə yaşayırıq. Ermənistanın bir dövlət olaraq min illik mövcudluğu ərzində heç vaxt kadastr şəhadətnaməsi olmayıb. Etmək istədiyimiz uğurlu olarsa, tarixdə ilk dəfə kadastr şəhadətnaməsi alacağıq. Bundan sonra isə ölkəmizi yenidən inşa etməyə başlayacağıq”.

Qeyd edək ki, burada “kadastr şəhadətnaməsi” məcazi mənada işlədilib. Çünki sözügedən sənəd torpaq sahəsinə aiddir. Lakin dövlətlərin torpaq sahələrinin ümumilikdə kdastrı şəhadətnaməsi olmur. Paşinyan bununla demək istəyib ki, nəinki 1918-ci ildə, həmçinin 1991-ci ildən bəri konkret əraziləri olsa da, bu ərazilər həmişə mübahisəli olub. O Azərbaycanla sülh müqaviləsi bağladıqdan sonra Ermənistanın 29.8 min kvadrat kilometr ərazisinin bərpa olunacağını və bununla da bəlli ərazisi olan dövlətə çevriləcəyini vurğulayıb. Həmçinin erməni baş nazir, bununla da Azərbaycanla ərazi mübahisəsinə son qoyacaqlarına ümid etdiklərini dilinə gətirib.

Ermənistanda isə baş nazirin dedikləri ətfaında qalmaqal yaranıb. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifəti Paşinyanı “dövləti satmaqda”, “xəyanətdə”, həmin kadastr şəhadətnaməsinin Azərbaycana təhvil verməkdi ittiham edib. Bundan başqa, onlar bildiriblər ki, Ermənistan BMT-də müstəqil dövlət olaraq tanınıb və orada ərazisi dəqiq göstərilib. Bunun ardından da qeyd ediblər ki, Ermənistana “kadastr şəhadətnaməsi” istəmək xəyanətdir. Hətta bəziləri Paşinyanı Ermənistanı Azərbaycana satmaqda ittiham edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button